Şənbə 8 Avqust 2020

Cəmiyyət

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı Gəncənin veteranlarına sovqat yardımı edib

Sənubər Qocayeva - 09/07/2020

Gəncənin Kəpəz rayon ərazisində yaşayan, Böyük Vətən Müharibəsi veteranları olan Qurban Məmmədov və Mütəllim Osmanova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun şəxsi təşəbbüsü ilə ərzaq yardımı edilib.

Yardım aksiyası Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə  Təşkilatın Gənclərin Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov, Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın, habelə Təşkilatın Gəncə şəhər Kəpəz rayon şöbəsinin sədri Yusif Məmmədov və müavini Yaşar İsmayılovun iştirakı ilə keçirilib. Veteranlarla görüşən nümayəndələr onlara təşkilat sədrinin adından Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə əməl etmələrini və sağlamlıqlarını qorumağı çatdırılıblar.  Veteranlar isə öz növbəsində ölkə prezidenti cənab İlham Əliyevə, həmçinin təşkilat sədrinə minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketlərinin paylanılmasına dair tapşırıq verib.  Aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlarımıza dəstək göstərməkdir.  

 

Photogallery

0f5869ee 2899 490d Ba51 32aed4494c2c F8659bfb 19eb 444c Ba88 F8ffa2aa571f Cd192a63 A0a7 4055 8569 Cb9ddb463377 F8536814 3a31 46f6 B21b 53d59047eb40 8e1df0ab 78d6 468b 9808 2baf56969439 1550a26d C1a0 4b0d Bfbc E90b0c944183 996b5edf 5057 4709 84eb De8be9ccf2a7

Hadisə