Şənbə 8 Avqust 2020

Hadisə

Güclü yağış Gəncədə bir sıra fəsadlar törədib

Gülnar Fazilqızı - 11/07/2020

Bu gün səhər saatlarından yağmağa başlayan güclü yağış Gəncənin Məhsəti qəsəbəsi və Gülüstan yaşayış massivində bir sıra fəsadlar törədib.

Yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Yaranmış problemin həlli istiqamətində aidiyyatı qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar.

Gəncənin Gülüstan yaşayış massivində isə iş hazırda da davam edir.

Güclü yağışın yol açdığı fəsadlar tam aradan qaldırılanadək aidiyyatı qurumlar öz fəaliyyətlərini fasiləsiz davam etdirəcəklər.

Photogallery

1594466661043 IdMr58wp 1594466662467 MTaSfRLV 1594466342515 OpLtpoNt WhatsApp Image 2020 07 11 At 21.27.10 WhatsApp Image 2020 07 11 At 21.27.08 1594466654598 WiU3TRNj WhatsApp Image 2020 07 11 At 21.27.15 (1) WhatsApp Image 2020 07 11 At 21.20.05

Hadisə