Şənbə 8 Avqust 2020

Mədəniyyət

Gəncədə 'Ölməz korifeylərimiz gənclərin gözü ilə' onlayn müsabiqə keçirilib

Sənubər Qocayeva - 13/07/2020

Gəncə Gənclər evi fəaliyyətini pandemiya dövründə də onlayn formada davam etdirir. Asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması məqsədi ilə təşkl edilən müsabiqələr, tədbirlər gənclər tərəfindən maraqla qarşılanır.

Gənclər evinin Teatr Klubu “Ölməz korifeylərimiz gənclərin gözü ilə” adlı onlayn müsabiqəsinin keçirilməsində məqsəd ölməz sənətkarlarımızı yeni nəsilə tanıtmaq, gənclərin karantin dövründə asudə vaxtlarının səmərəli keçirilməsinə töhvə vermək və Azərbaycanın teatr və kino mədəniyyətini yeni tərzdə təqdim etməkdir.

Müsabiqəyə Teatr klubunun 10 fəal üzvü qısa videoçarxlar təqdim edib. Münsiflər tərəfindən Leyla Əsgərova birinci, Sədaqət İsmayılova ikinci, Günel Zeynəlova isə üçüncü yerə layiq görülüblər. Qaliblər diplom və sertifikata laiq görülüblər.

Photogallery

64a9a3a7 Screenshot 3 (1)

Hadisə