Şənbə 8 Avqust 2020

Cəmiyyət

Naqif Həmzəyev:'Ermənilərin bu təxribatı baş tutmayacaq'- VİDEO

Sənubər Qocayeva - 15/07/2020

Ermənistan tərəfindən azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, ermənilər qəsdən Azərbaycanın dinc əhalisini atəşə tuturlar. Daha sonra isə beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanı atəşkəsi pozan tərəf kimi qələmə verirlər. Ancaq unudurlar ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycanın nüfuzu günü-gündən artır, dünya ictimaiyyəti ölkəmizi dəstəkləyir.Ona görə də ermənilərin bu təxribatı baş tutmayacaq, dünya ictimaiyyəti Azərbaycanın yanında olacaq.

Hərbi ekspert, ordu.az saytının baş redaktoru Şahin Qocayev deyir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi öz itkilərini gizlədir. Amma artıq qarşı tərəf məcbur olaraq itkilərini etiraf etməyə başlayıb. Bu sayın kifayət qədər olduğu bildirilir.

https://www.youtube.com/watch?v=_EW0wkm0MU8&feature=emb_logo

Hadisə