Şənbə 8 Avqust 2020

Hadisə

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb

Sənubər Qocayeva - 15/07/2020

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli fəaliyyət göstərən idman zalı aşkarlayıblar. “Fithouse” adlı trenajor zalının fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov barələrində qanuna müvafiq qaydada tədbir görülüb.

 

 

Photogallery

15947326703805417688 1000x669 15947326705973226976 1000x669

Hadisə