Çərşənbə axşamı 29 Sentyabr 2020

İdman

Gəncədə reqbi idman növü inkişaf etdiriləcək

Gülnar Fazilqızı - 18/07/2020

Bu məqsədlə Kəpəz Futbol klubunun stadionuna baxış keçirilib.

Azərbaycan Reqbi Federasiyasının Fəxri Prezidenti Elşən Abbasov, Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının Regional rəhbəri Həmid Nəsirov və Kəpəz Futbol klubunun icraçı direktoru İlqar Nadiri Kəpəz Futbol klubunun stadionunda yaradılan şəraitlə tanış olub, əraziyə baxış keçiriblər.

Əsas məqsəd Olimpiya idman növü olan reqbini Gəncədə də inkişaf etdirməkdir.

Reqbi idman növünün inkişafı üçün Gəncə İdman Klubunun və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Kəpəz Futbol klubunda təlim-məşqlərin keçirilməsi nəzərdə tutulub. 

Photogallery

Da556208 Ce0e 49a9 Ae9d Aca651a10e5f D9c68523 Aa25 401a Ab03 9e1e398398a0