Çərşənbə axşamı 29 Sentyabr 2020

İdman

Gəncədə onlayn şahmat turniri keçirilib

Sənubər Qocayeva - 21/07/2020

Onlayn turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

 

"20 iyul Beynəlxalq Şahmat Gününə" həsr olunmuş onlayn şahmat turnirində ikisi Türkiyədən olmaqla ümumilikdə 38 şahmatçı öz zehni gücünü sınayıb. 

Bakı, Gəncə, Sumqayıt, Şəmkir və Samuxdan olan şahmatçılar  İsveçrə sistemi ilə 7 turda, hər iştirakçıya 3+2 dəqiqə olmaqla mübarizə aparıblar.

Yekun nəticələrə görə oğlanlar və qızlar arasında ilk 3 yeri tutmuş şahmatçılar müvafiq dərəcəli diplomlarla təltif edildilər.

Ümumi turnirdə:
1.ben10line (2074) - (Türkiyə Respublikası)
2.natikaliyev06 (2114) - Natik Əliyev (Gəncə)
3.aminqurbanov (1727) - Amin Qurbanov (Şəmkir)

Qızlar arasında:
1.smileslegend (1934) - Aytac Məmmədova (Samux)
2.shamsfarzali (1589) - Şəms Fərzəliyeva (Sumqayıt)
3.WCM Saadat7 (1746) - Səadət Bəşirli (Gəncə)

 

Photogallery

110268932 2954517487930451 1106937261787810035 N