Çərşənbə axşamı 29 Sentyabr 2020

Mədəniyyət

Gəncə Gənclər evində fəaliyyət göstərən Teatr Klubunun üzvləri təltif ediliblər

Sənubər Qocayeva - 03/08/2020

Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır. Bildiyimiz kimi, Gəncə Gənclər Evində fəaliyyət göstərən Teatr Klubu "Ölməz Korifeylərimiz Gənclərin Gözü ilə" adlı onlayn yarış keçirib.

Bu günlərdə isə yarışın qalibləri münsiflər heyyəti tərəfindən müəyyən edilib və karantin rejiminin tələblərinə uyğun olaraq təltif olunublar.  Yarışda birinci yerə Leyla Əsgərova, 2-ci yerə Sədaqət İsmayılova, 3-cü yerə isə Günel Zeynalova layiq olub. 

Qeyd edək ki, münsiflır  Gəncə Dövlət Kukla Teatrının quruluşçu rejissoru Şamil Məmmədli və Rəssamlar İttifaqının Üzvü Sona Məhərrəmova olub.

 

Photogallery

116881762 217211959634741 1939847251472177858 N