Çərşənbə axşamı 29 Sentyabr 2020

Təhsil

Gəncə məktəbliləri onlayn bilik yarışlarında fəallıq göstərirlər

Gülnar Fazilqızı - 06/08/2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəblilərarası onlayn yarışlarda ümumilikdə 361 gəncəli şagird iştirak edib.

Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəblilərarası onlayn “Fibonacci” və “Nə? Harada? Nə zaman?” intellektual yarışlarında iştirak ediblər.

“Nə? Harada? Nə zaman?” intellektual yarışında Gəncə şəhərinin 15 ümumtəhsil məktəbindən 24 komanda olmaqla 165 nəfər şagird, “Fibonacci” intellektual yarışında isə 15 ümumtəhsil məktəbindən 27 komanda olmaqla 196 nəfər şagird iştirak edib.