Şuranın dəstəyi ilə Gəncədə yardım mərkəzi fəaliyyətini davam etdirir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə elan etdiyi müsabiqədə “Təmas” Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi" layihəsinin icrası davam edir.
Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının)” fəaliyyətiin dəstəklənməsidir
Layihənin rəhbəri Südsabə Məmmədova məlumat verdi ki, xüsusən ölkəmiz üçün bu çətin dövrdə Şura tərəfindən sığınacağın dəstəklənməsi çox vacibdir. Layihə artıq ikinci aydır ki, icra olunur. Layihənin icrası dövründə Mərkəzdən (sığınacaqdan ) 70 nəfər qadın və uşaq yararlanmışdır. Bundan 4 nəfər insan alverinin qurbanı, 66 nəfəri isə insan alverinin potensial qurbanları olmuşlar. Onlardan 34 nəfəri qadın, 36 uşaq olmuşlar (18 qız, 18 oğlan). Bununla yanaşı 150-nəfərdən çox qadın və uşaq Mərkəzdə göstərilən müxtəlif xidmətlərdən yararlanmışdır.
Məlumdur ki, ölkədə artıq xeyli müddətdir ki, xüsusi karantin rejimi elan olunmuşdur. Bununla bağlı sakinlər mütəmadi məlumatlandırılır. Xüsusi vəziyyəti nəzərə alaraq sığınacaq sakinlərinin təhlükəsizliyini qorumaq üçün onlar dezenfeksiyaedici materiallar, spirt tərkibli məhlullar və maskalarla təmin edilir.