Gəncədə 'Könüllülər Kuboku' keçirilib
Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri " İctimai Birliyi tərəfindən, həmçinin Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Könüllülər Kuboku" adlı şahmat oyunu reallaşıb. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov oyundan əvvəl çıxış edərək bildirib ki, Gəncədə bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Göstərilən dövlət qayğısı şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açdığın söyləyən idarə rəisi iştirakçılara uğurlar arzu edib.
Qeyd edək ki,"Könüllülər Kuboku" adlı şahmat oyunu karantin rejiminin tələblərinə uyğun olaraq açıq hava şəraitində keçirilib.
Yarışda qalib komandalar diplomla təltif olunublar.
Diplomları Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov təqdim edib.