Gəncədə basketbol yarışı keçirilib
Gəncədə "Könüllülər Kuboku"nun proqramına daxil olan növbəti idman layihəsi basketbol (3x3) oyunu yekunlaşıb.
İdman yarışı Gənclər və İdman Nazirliyi, "Azərbaycan İdman Könüllüləri " İctimai Birliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Basketbol (3x3) idman növündə "Könüllülər Kuboku" COVİD-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən açıq hava şəraitində, tamaşaçısız və həkim nəzarəti altında keçirilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov mükafatlandırılma mərasimində iştirak edib və qalib komandaları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Sonda qalib komandalar diplom, medal və kubokla təltif olunublar.