Cümə günü 23 Oktyabr 2020

İdman

Gəncənin veteran idmançıları və baş məşqçiləri təltif olunublar

Sənubər Qocayeva - 24/09/2020

İdman sahəsində yüksək nailiyyətlər əldə etmiş veteran idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təltif olunublar.

Mükafata layiq görülənlər arasında basketbol (3x3) və atletika idman növlərində ölkə turnirlərində birinci yeri tutmuş şəhərin yığma komandalarını yüksək səviyyədə hazırlayan baş məşqçilər də var. 

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov təltif olunan veteran idmançılar və baş məşqçilərlə görüşüb. Görüşdə baş məşqçilər Bəxtiyar Əsəsdov, Rizvan Səfərov və digər qalib idmançılar iştirak ediblər. İdarə rəisi onlara gələcək yarışlarda hər birinə uğur və tərəqqi arzulayıb. 

Qeyd edək ki, Gəncə şəhərində ehtiyacı olan aztəminatlı ailələrə təmannasız yardım göstərdiyinə görə GDU-nin Tarix kafedrasının müəllimi Ümid İsmayılov da Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb. 

Photogallery

120132354 3144034598978738 6646608322160588310 O 120135348 3144034422312089 2610623776527814823 O 120132926 3144034642312067 3795669026673829836 O