Cümə günü 23 Oktyabr 2020

Təhsil

Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

Sənubər Qocayeva - 25/09/2020

"Azəralüminium" MMC-nin Gəncə Alüminium Kompleksində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin tədris filialı açılıb. Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, universitetin və kompleksin nümayəndələri iştirak edib.

Bildirilib ki, Gəncədə AzTU-nun tədris filialının açılması bu bölgədə metallurgiya sahəsində kadr hazırlığının inkişafına təkan verəcək. Gələcəkdə fakültənin filialının bir hissəsinin tədqiqat mərkəzi kimi fəaliyyət göstərməsi, birgə elmi-innovativ işlərin həyata keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb. Eyni zamanda AzTU-nun bazasında kompleksin tədris laboratoriyasının yaradılması barədə razılıq əldə olunub. 

Qeyd edək ki, kompleksdə AzTU-nun bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili və lazımi dəstəyin həyata keçirilməsi, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsinin təmini, regionda yaşayan tələbələr üçün ehtiyac yarandıqda tədris prosesinin həyata keçirilməsi imkanları, birgə elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Bundan başqa Gəncə Alüminium Kompleksi ilə birgə texniki peşə və orta ixtisas təhsilinin təşkili imkanları planlaşdırılır.

Photogallery

WhatsApp Image 2020 09 24 At 15.10.02 (1) WhatsApp Image 2020 09 24 At 15.10.03