Cümə günü 23 Oktyabr 2020

Siyasət

Kəmaləddin Heydərov Gəncədə

Sənubər Qocayeva - 13/10/2020

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2020-ci il oktyabrın 13-də Gəncə şəhərinə səfər edib. Nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub.

Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu diqqətə çatdıraraq əhalinin təhlükəsizliyinin təmin edilməsi  və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.

Photogallery

121616021 3464878776892121 7377240679944008504 N