Cümə günü 23 Oktyabr 2020

Siyasət

Gürcüstan mətbuatı Azərbaycan həqiqətlərini diqqətdə saxlayır

Sənubər Qocayeva - 15/10/2020

Gürcüstan mətbuatı Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun əks-hücum əməliyyatları, erməni qatillərinin Azərbaycanın cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhər və rayonlarında, kəndlərində yaşayan dinc əhalisini raket və top atəşlərinə tutması barədə qərəzsiz və ədalətli silsilə xəbərlər yayıb.

Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin diplomatik korpusun nümayəndələri ilə Gəncəyə səfəri və verdiyi açıqlamalar, Azərbaycan gənclərinin dünya ictimaiyyətinə müraciəti, Azərbaycan Respublikası Baş Prokurorluğunun erməni silahlı birləşmələrinin Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində dinc sakinlər arasında ölüm və yaralanma faktları, mülki, ictimai və dövlət obyektlərinə dəymiş ziyan, ermənilərə məxsus “Elbrus” raket kompleksinin, eləcə də düşmənin digər silah-sursatının, canlı qüvvəsinin məhv edilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamaları oxucuların diqqətinə çatdırılır.

Ermənistan silahlı birləşmələrinin ağır itkiləri və bu itkilərin artıq 2 milyard ABŞ dollarına çatması barədə məlumatlar ən çox oxunan xəbərlər sırasındadır.

Qeyd edək ki, Gürcüstan mətbuatında Ermənistan baş naziri Nikol Paşinyanın xalqa müraciətində silahlı birləşmələrinin xeyli itki verməsi və Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyərək geri çəkilməsi barədə məlumatlara da rast gəlmək olur.

Bu cür xəbərlər ən çox report.ge, pia.ge, aktual.ge, interpresnews.ge, 24news.ge informasiya portallarında, habelə 1tv.ge, “İmedi”, “Maestro” televiziya kanallarında yayılıb.

Photogallery

16027072344459045842 1000x669