Cümə günü 23 Oktyabr 2020

Cəmiyyət

Gəncədə erməni terroru qurbanlarının xatirəsini yad edilib

Sənubər Qocayeva - 16/10/2020

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları 11 oktyabr 2020-ci il tarixdə gecə saat 02:00 radələrində Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olanların xatirəsini yad ediblər.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Baş İdarənin nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllim kollektivi Ermənistan Silahlı Qüvvələri tərəfindən atılıan raket atəşi nəticəsində dağılan binanın ərazisində olub, terror qurbanlarının xatirəsini anıb, qərənfillər düzüblər. Qeyd olunub ki, humanitar atəşkəs rejiminin kobud şəkildə pozularaq, döyüş bölgəsindən 60 km kənarda yerləşən, Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasının raket atəşə tutulması Ermənistan tərəfinin beynəlxaq hüququn normalarına riayət etmədiyinin, onun işğalçı və terrorirs mövqeyinin növbəti sübutudur. 

Photogallery

FB IMG 1602845376532 FB IMG 1602845382897