Şənbə 28 Noyabr 2020

QARABAĞ AZƏRBAYCANDIR!

Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə tutdu

Sənubər Göyüşqızı - 22/10/2020

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Ən çox oxunan