Çərşənbə axşamı 22 İyun 2021

Cəmiyyət

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Sənubər Qocayeva - 23/01/2021

Ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olara Gəncə şəhərində müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Hər dəfə olduğu kimi bu həftəsonu da şəhərdə xüsusi kimyəvi maddələrlə genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib.

İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilib.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərdə aparılıb. Həmçinin, MKTİB-nin əməkdaşları tərəfindən yaşayış binalarında, həyət və yaşayış massivlərində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, dezinfeksiya işləri müəyyən edilmiş qrafik üzrə mütamədi olaraq aparılır.