Şənbə 28 Noyabr 2020

QARABAĞ AZƏRBAYCANDIR!

Gəncə qətliamı Hindistan ictimaiyyətinə çatdırılacaq

Sənubər Qocayeva - 30/10/2020

Gəncədə ermənistan ordusu tərəfindən törədilən hərbi cinayətlərin və mülki şəxslərə qarşı həyata keçirilən qətliyamların dünya içtimayətinə çatdırılması istiqamətində davamlı işlər aparılır.

Azərbaycan Hindistan parlamentlərarası əlaqələr üzrə işci qrupunun rəhbəri millət vəkili Naqif Həmzəyevin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən hind icmasının nümayəndələri ermənistan ordusunun Gəncəyə atdığı ballistik raketlər nəticəsində çoxsayda insanın öldüyü və onlarla yaşayış evinin dağıldığı əraziləri ziyarət ediblər.

Millət vəkili Naqif Həmzəyev baş verən hadisənin ağır nəticələri ilə bağlı qonaqlara məlumat verib. Gördükləri mənzərə qarşısında dəhşətə gələn hindli qonaqlar bunu insanlığa sığmayan vəhşilik kimi qiymətləndiriblər.


Hindli qonaqlar ermənistan ordusunun Azərbaycanda günahsız insanlara qarşı həyata keçirdiyi hərbi cinayətləri öz ölkəsinin içtimayətinə çatdırılmasında bütün imkanlardan istifadə edəcəklərini qeyd ediblər.

Ən çox oxunan