Şənbə 28 Noyabr 2020

Siyasət

Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümü qeyd edilib

Gülnar Fazilqızı - 30/10/2020

Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, şəhər rəhbərliyinin nümayəndələri, şəhər ictimayyəti, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Öncə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 97-ci ildönümü münasibətilə videotəbriki izlənilib.

Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən danışıb: “Biz türklər altı qardaşıq. Azərbaycan və Türkiyə isə bu qardaşların əkizidirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə konsul əlavə edib.

Konsul bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Zeki Öztürk Qarabağda gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizə Allahdan rəhmət diləyib.

Photogallery

1603961238238 Ivhviwyf 1603961239831 KGr3aLa8

Ən çox oxunan