İdman
Gəncədə '9 noyabr - Dövlət Bayraq Günü' münasibətilə yürüş təşkil edilib
10/11/2020
-
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə "9 noyabr - Dövlət Bayraq Günü" münasibətilə yürüş təşkil edilib. Gənclərin iştirakı ilə baş tutan yürüş həmçinin Azərbaycan Ordusuna dəstək məqsədi daşıyıb. Yürüşə qatılan gənclər Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə müəyyən edilən marşrutla həm piyada, həm də velosipedlə hərəkət edib, Azərbaycan Ordusuna öz dəstəklərini nümayiş etdiriblər. Yürüşə 25-dən artıq gənc qatılıb.