Çərşənbə axşamı 19 Yanvar 2021

Cəmiyyət

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov yeni təyinat alıb

Sənubər Qocayeva - 28/11/2020

Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

 
Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.