Təhsil
UTECA-da onlayn imtahanlar davam edir
14/01/2021
-
UTECA-nın rektoru, professor Akif Süleymanov imtahanların gedişatını izləyib. Rektor imtahanqabağı qoşulan tələbələrlə həmsöhbət olub. Onlardan bir neçəsinin fikir və təkliflərini dinləyib, qarşılaşdıqları çətinliklərlə maraqlanıb, öz tövsiyələrini verib.
Rektor bir neçə qrupda imtahanın gedişatını izləyib, qeydlər aparıb.
Qış imtahah sesiyasının artıq 4-cü günüdür. İmtahan prosesi Microsoft Teams proqramı vasitəsilə aparılır. Bir ay davam edəcək imtahanlarda 2122 əyani, 551 qiyabi, 208 magistr olmaqla ümumilikdə 2881 tələbənin iştirakı nəzərdə tutulub.