Cümə günü 26 Fevral 2021

İdman

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib

Sənubər Göyüşqızı - 18/01/2021

Onlayn şahmat turniri Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, "Təhsil" Respublika İdman Mərkəzinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatşılığı reallaşıb. 33-ü qız olmaqla 169 şahmatçının iştirak etdiyi xatirə yarışı isveçrə sistemi ilə 7 turdan ibarət olub. Hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə vaxt verilib.

Turnirdə Gəncə ilə yanaşı Bakı,Sumqayıt,Lənkəran,Quba,Göyçay,Mingəçevir, Zaqatala,Samux, Göygöl,Balakən,Şabran və Neftçala şahmatçıları mükafata layiq yerlər uğrunda mübarizə aparılıb. Dünya və Avropa birinciliklərinin qalibi,mükafatçısı və iştirakçısı olmuş perspektivli  şahmatçıların turnirdə mübarizə aparması gərginliyi biraz da artırıb. 

Yekun nəticələrə görə ilk 3 yeri tutmuş oğlanlar və qızlar müvafiq olaraq diplom və pul mükafatları ilə təltif olundular.

Ümumi yarışda:

1.Sahriyar_6 (2523)- Şəhriyar İskəndərov (Quba)-6.5 xal
2.AmilAbbasov (2508)-Amil Abbasov (Gəncə)   -  6.5 xal
3.kenan_042 (2216)- Kənan Əhədzadə (Lənkəran)- 6 xal
3.TheExterminator1 (2324)-İsmayıl Qurbanov (Bakı)-6 xal
Qızlar arsında:
1.smileslegend (1960)-Aytac Məmmədova (Samux)-6 xal
2.Fira_Budaqova (1816)-Lalə Budaqova (Gəncə) -5.5 xal
3.WFMchessmachine14(2304)-Ayan Allahverdiyeva(Bakı)5xal

Photogallery

FB IMG 1610950630774