Cümə günü 26 Fevral 2021

Cəmiyyət

20 Yanvara həsr olunan xüsusi dərslər keçiriləcək

Surxay Məmmədzadə - 19/01/2021

Bu gün təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər onlayn təşkil ediləcək.

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur.