Cümə günü 26 Fevral 2021

İdman

Gəncə gəncləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Sənubər Qocayeva - 19/01/2021

19 yanvar 2021-ci il tarixində "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Gənclər Evinin əməkdaşları və şəhərin tələbə gənclər təşkilatlarının nümayəndələri Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gənclər Evinin dəstəyi ilə birgə həyata keçirdiyi bu tədbirdə 30-a yaxın fəal gənclər və könüllülər iştirak ediblər.

Ziyarət çərçivəsində onlar "20 yanvar abidə"si önünə və Şəhidlərin məzarlarının üstünə tər çiçəklər qoyublar.

20 yanvar faciəsi haqqında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sifarişi ilə hazırlanmış əyani vəsaitləri paylayıblar.

Photogallery

FB IMG 1611048492044 FB IMG 1611048628405 FB IMG 1611048495538 FB IMG 1611048606342 FB IMG 1611048619739 FB IMG 1611048626264 FB IMG 1611048617471