Cümə günü 26 Fevral 2021

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrı 'Vətən Əmanəti' adlı videoçarx hazırlayıb

Sənubər Qocayeva - 20/01/2021

Gəncə Dövlət Dram Teatrı 20 Yanvar faciəsi haqqında “Vətən Əmanəti” adlı videoçarx hazırlayıb.
Hər şey 1987-ci ildə ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirilməsi ilə başladı. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındı.Bütün bunlar və Ermənistanın eyni zamanda ölkəmizə qarşı ərazi iddiaları qaldırması Azərbaycanda kütləvi etiraz nümayişlərinə gətirib çıxardı və nəticədə milli azadlıq hərəkatına çevrildi.

Azadlıq hərəkatının vəhşicəsinə yatırılması məqsədilə o zamankı SSRİ rəhbəri M.Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet ordusu Bakıya hücum etdi və dinc nümayişçiləri qətlə yetirdi. Bakı həmin gecə günahsız insanların al-qanına bulandı.

Gəncə Dövlət Dram Teatrının hazırladığı “Vətən Əmanəti” filmində düşmənin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, həmçinin 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 gün ərzində torpaqlarımızı yağı düşməndən azad olunması şeir formasında əks edilib.

Filmdə teatrın kollektivi tərəfindən Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun və İqbal Nemətin şerləri səsləndirilib. Həmçinin, Şəmistan Əlizamanlının mahnılarından istifadə olunub.

Layihənin rəhbəri Əməkdar incəsənət işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədov və Yusif Cəfərovdur.

Filmdə Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Novruz Cəfərov, Elxan Abbasov, Sevda Orucova, İlham Hüseynov, Ramiz Vəliyev, Rəhilə Məmmədova, aktyorlar Murad Meyfəliyev, Ruslan Hüseynov, Emil Salmanov, Sevinc Hüseynova, Elmir Məmmədov və digərləri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

https://www.facebook.com/gence.teatr/videos/1778691438958752

Photogallery

140219954 3676916659064904 4463404411750905630 N 140393587 3192713414162049 4687621414002072810 O