Cümə günü 26 Fevral 2021

Mədəniyyət

Gəncə Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Sənubər Göyüşqızı - 26/01/2021

Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edib. Təyinatla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Vasif Cənnətov son təyinatadək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.