Cümə günü 26 Fevral 2021

Təhsil

ADAU-da xarici mütəxəssislərlə onlayn görüş keçirilib

Surxay Məmmədzadə - 26/01/2021

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) türkiyəli mütəxəssislərlə onlayn görüş keçirilib.

Görüşdə çıxış edən ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova görüş iştirakçılarına ölkəmizdə kənd təsərrüfatının mövcud vəziyyəti, bu sahədəki artımlar və gələcək layihələr barədə məlumat verərək, uğurlar arzu edib.

Türkiyə Cümhuriyyətindən Beynəlxalq Sosial Sahibkarlıq Məlumatları və Paylaşma şəbəkəsi olan “Social Business Global” layihəsinin rəhbəri  İsmail Hilmi Adıgüzel ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi və bələdiyyələr üçün təşəbbüşkarlıq üzrə məsləhətçisi Mine Atamanda çıxış edərək, fikir mübadiləsi aparıblar.
Daha sonra ADAU-nun Tələb Elmi Cəmiyyətinin sədri Elvin Ağayev çıxış edib.

Görüşdə Aqrar universitetin tələbələrinin sosial kənd təsərrüfatı, sahibkarlıq fəaliyyətinin artırılması, tələbələrin qarşılıqlı əlaqə yaradaraq təcrübələr və təlimlər keçməsindən danışılıb.