Bazar günü 18 Aprel 2021

İdman

Azərbaycan Reqbi Federasiyasının nümayəndəliyi Gürcüstanın Gəncədəki baş konsulu ilə görüşüb.

Sənubər Qocayeva - 05/02/2021

Görüşdə Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili, Gəncə Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının idarə heyyətinin üzvü Həmid Nəsirov , Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov, iştirak ediblər. Görüşün əsas məqsədi Azərbaycan və Gürcüstan Reqbi Federasiyaları arasında əməkdaşlıq sazişinin bağlanması olub.

Elvar Osmanov görüş zamanı bildirib ki, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Azərbaycan bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Hazırda ölkəmizdə əksər idman növündə olan yarışlar keçirilir və bunun üçün bütün imkanlar var. Bu səbəbdən Reqbi idman növünün inkişafı da mühüm amillərdən biridir. Artıq Gəncə Reqbi İdman Klubu da inkişaf mərhələsində olduğu vurğulanıb.

Həmid Nəsirov görüş zamanı bir sıra təkliflər irəli sürüb. O bildirib ki,  reqbi oyunları növü Gürcüstanda daha çox inkişaf etdiyi üün bu sahədəki əməkdaşlıq Azərbaycan üçün daha əlverişli ola bilər. 

Gürcüstanın Gəncədəki Baş konsulu Nikolas İaşvili bu təklifləri müsbət qarşılayıb. O qeyd edib ki, gələcəkdə Gəncə Reqbi İdman Klubu ilə Gürcüstandakı Reqbi idman klubları ilə bir sıra yoldaşlıq görüşlərinin keçirilməsi məqsədəuyğundur.

Görüşdə həmçinin,  hər iki ölkənin idman sahəsindəki uğurlarından və nailiyyətlərindən bəhs olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Cəmiyyət