Bazar günü 18 Aprel 2021

Hadisə

Gəncədə avtoxuliqanlıq edən şəxs 20 gün müddətinə həbs olunub

Surxay Məmmədzadə - 15/02/2021

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları yollarda sürücü və piyadaların təhlükəsizliyi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirirlər. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində şöbənin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

Əvvəllər dəfələrlə kobud qayda pozuntusu törətdiyinə görə sürücülük hüququndan məhrum edilən şəhər sakini Samir Məmmədov “Volkswagen” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində şöbənin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

S.Məmmədov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Photogallery

16132018101649779 1000x669 161320181047942535 1000x669

Cəmiyyət