Bazar günü 18 Aprel 2021

Cəmiyyət

Gəncədə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası başlayıb

Gülnar Fazilqızı - 18/02/2021

Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesi davam edir. İlkin olaraq tibbi işçiləri peyvənd olunublar. Hazırda isə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası aparılır. Sakinlər gün ərzində yaşadıqları əraziyə yaxın olan tibb məntəqəsinə gələrək, peyvənd olunurlar. Vaksinasiya prossesi könüllü şəkildə və növbəlilik əsasında həyata keçirilir.

Mütəxəssislər deyirlər ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Vaksiyasiya olunan tibb işçiləri, həmçinin  50, 65 yaş və daha yuxarı şəxslərdə heçbir mənfi əlamət və ya yan təsir hiss olunmayıb.  

Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə Qazisi Tahir Abbasov da peyvənd olunanlar sırasındadır. O da sakinləri peyvənd olmağa çağırır: “Ümumiyyətlə peyvəndlər son dərəcədə təhlükəsizdir. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. Mən də “COVİD-19”a qarşı peyvənd olundum. Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, həm özümüzün, həm yaxınlarımızın sağlamlığı üçün peyvənd olunmalıyıq”.

Xatırladaq ki, “COVID-19”-a  qarşı vaksinasiya iləəlaqədar olaraq Gəncədə 6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvənd edilməsi mümkündür.

Photogallery

Image 219 Image 220 Image 224 Image 223 Image 221 Image 225

Cəmiyyət