Bazar günü 18 Aprel 2021

Təhsil

GƏNCƏ DÜNYA Məktəbinin açılışı olub

Sənubər Qocayeva - 20/02/2021

Məktəbin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, XƏZƏR Universiteti və DÜNYA TƏHSİL KOMPLEKSİNİN təsisçisi professor Hamlet İsaxanlı, məktəbin şagird və müəllimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Vətən Müharibəsində canından keçən və düşmənin xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər  İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov məktəbin fəaliyyətə başlaması münasibəti ilə hər kəsi təbrik edib. Niyazi Bayramov Gəncə şəhərində belə bir təhsil ocağının yaranmasından məmnunluğunu vurğuladyıb. Şəhər rəhbəri məktəbin şagird və müəllim kollektivinə işlərində uğurlar arzulayıb. 

Təsisçi professor Hamlet İsaxanlı Gəncə DÜNYA Məktəbinin fəaliyyətindən bəhs edib. 

Daha sonra iştirakçılar DÜNYA Məktəbi haqqında videoçarx izləyyiblər,  DÜNYA TƏHSİL KOMPLEKSİNİN fəaliyyətini əks etdirən sərgiyə baxış keçiriblər.

Tədbirdən sonra XƏZƏR Universiteti və DÜNYA TƏHSİL KOMPLEKSİNİN əməkdaşları VƏTƏN Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. 

Photogallery

150551218 3789916501078110 4596770305108148933 O 151783682 3789913851078375 8255499391430079139 O 151442184 3789916337744793 6000027563877090110 O 151217463 3789916041078156 3434165274646379527 O 151963953 3789915747744852 6303009934203568017 O

Cəmiyyət