Bazar günü 18 Aprel 2021

İdman

Gəncədə atletika idman növü üzrə şəhər birincliyi keçirilib

Sənubər Qocayeva - 22/02/2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən atletika idman növü üzrə şəhər birinciliyi təşkil olunmuşdur.

Şəhər birinciliyi Heydər Əliyev Park-Kompleksinin ərazisində baş tutub. "26 Fevral- Xocalı Soyqırımı"nın 29-cu il dönümünə həsr olunan yarış Nazirlər Kabinetinin tələb və tövsiyələrinə uyğun olaraq açıq havada və həkim nəzarəti altında keçirilib.

Yarışdan öncə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək idmançılara uğurlar arzulayıb.

Tədbirdə 20-dən artıq gənc idmançılar iştirak edib.

Sonda qaliblər Baş İdarə rəhbərliyi tərəfindən diplomlarla təltif olunub. 

Photogallery

FB IMG 1613997239206 FB IMG 1613997263248 FB IMG 1613997237251 FB IMG 1613997263248 (1) FB IMG 1613997245036 FB IMG 1613997265138 FB IMG 1613997273937

Cəmiyyət