Cəmiyyət
Gəncənin avtomobil yollarındakı vəziyyət açıqlanıb
24/02/2021
-
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı vəziyyət barədə açıqlama yayıb.
Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi
Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən - Xoşbulaq
Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.