Bazar günü 18 Aprel 2021

Təhsil

GDU-da Maqbed Əhmədovun “Qayıtdıq Şuşa” adlı kitabının videokonfrans formatında təqdimatı keçirilib.

Sənubər Qocayeva - 24/02/2021

Gəncə Dövlət Universitetinin məzunu olmuş, hazırda Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri olan Maqbed Əhmədovun “Bəlkə də sevməzdim” və “Qayıtdıq Şuşa” adlı kitablarının videokonfrans formatında təqdimatı keçirilib. Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açaraq Maqbed Əhmədovu təbrik etmiş, onun həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Təqdimat mərasimində çıxış edən Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə əvvəlcə bu əlamətdar gün münasibəti ilə kitabın müəllifini təbrik edib, ona pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Daha sonra prorektor bildirib ki,  Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət, qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş, region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla, ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Onun sözlərinə görə, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

Prorektor Pərvin Kərimzadə qeyd edib ki, əldə olunan bu tarixi uğurlar işğaldan azad olunmuş ərazilərdə xalqımızın tarixi, mədəni-mənəvi irsinin qorunması və yenidən dirçəldilməsi, Azərbaycan elminə böyük şəxsiyyətlər qazandırmış bu diyarda elmi infrastrukturun bərpası, yeni elmi-tədqiqat mərkəzlərinin yaradılması qarşımızda duran taleyüklü vəzifələrdəndir. İnstitutumuzun əməkdaşları da bu tarixi missiyaya layiqli töhfələrini verəcəklər.

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova hər iki kitabın müəllifi Maqbed Əhmədovu təbrik etmiş, böyük tarixi qələbə münasibətilə bir daha başda Ali Baş Komandan olmaqla, bütün xalqımızı, o cümlədən elmi ictimaiyyəti təbrik edib, universitetin əməkdaşlarına bundan sonrakı fəaliyyətlərində böyük uğurlar arzulamışdır.

Tədbirdə çıxış edənlər, müəllif Maqbed Əhmədovu təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamış və “Qayıtdıq Şuşa” kitabı haqqında fikirlərini bölüşmüşdülər. Kitabın məzmunundan danışan universitetin professor-müəllim heyəti bildiriblər ki,  “Qayıtdıq Şuşa” vaxtında yazılmış və gələcək nəsillərə ərmağan olan bir kitabdır. Natiqlər qələbəni bizə yaşatmış, vətən uğrunda canından keçmiş şəhidlərimizə allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləmişdilər.

Videokonfransda iştirak edən tələbələr “Qayıtdıq Şuşa” kitabından şeirlər, məqalələr səsləndiriblər.

Sonda  Maqbed Əhmədov tədbirin möhtəşəm təşkil olunmasında iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Photogallery

WhatsApp Image 2021 02 22 At 12.57.07 2 S5 1 S7 1 WhatsApp Image 2021 02 22 At 12.57.07 1 1

Cəmiyyət