Bazar günü 18 Aprel 2021

İqtisadiyyat

Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Gəncəyə səfər edib

Sənubər Qocayeva - 16/03/2021

Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Serqey Ştelyuk Gəncəyə səfər edib. Səfər çəriçvəsində o, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə görüşüb. Görüşdə Azərbaycan Ukrayna Biznes Alyansının təsisçisi Tamara Yusifova, Ukrayna Biznes Alyansının sədri Rüfət Hacıyev, habelə Gəncədə fəaliyyət göstərən iri və orta sənaye müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər.

Adil Tağıyev qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Gəncə ölkənin ikinci ən böyük sənaye şəhəridir.  O, şəhərin iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.  Adil Tağıyev Ukrayna və Azərbaycan  arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu da qeyd edib.

Serqey Ştelyuk öz növbəsində səmimi görüşə görə minnətdarlığını bildirib. O, Ukraynanın ticarət, təhsil və sənaye sahələrində Azərbaycanla, eləcə də ölkənin regionları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Müşavir Ukraynada istehsal edilən elektrik enerjisi sayğaclarının qərb bölgəsində istismarı və biznesi ilə bağlı təklif irəli sürüb. Həmçinin, görüşdə Gəncədən Odessa və Kiyev şəhərlərinə aviareyslərin açılması da müzakirə edilib.

Sonda qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.

Photogallery

IMG 2056 IMG 2059 IMG 2067 IMG 2069 IMG 2085

Cəmiyyət