Bazar günü 19 Sentyabr 2021

İdman

Gəncədə bir qrup idmançı təltif edilib

Sənubər Qocayeva - 18/03/2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatılığı ilə Bədən Tərbiyəsi və İdmanın inkişafında göstərdikləri fəaliyyətə və 44 günlük Vətən Müharibəsində yüksək vətənpərvərlik nümayiş etdirdiklərinə görə bir neçə idmançının növbəti təltif edilmə mərasimi keçirilib.

Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsinin şanlı qələbə ilə sona çatdığını qeyd edib. O bildirib ki, 44 gün davam edən Azərbaycanın haqq savaşında Müzəffər Ordumuz işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Həmid Nəsirov Vətən müharibəsi şəhidlərimizə  Allahdan rəhmət diləyib, qazilərmizin şəfalar arzulayıb. 

Sonra bir qrup idmançı 44 günlük Vətən Müharibəsində yüksək vətənpərvərlik nümayiş etdirdiklərinə görə Fəxri Fərman və diplomlarla təltif olunublar. 

Qeyd edək ki, tədbir xüsusi karantin rejiminin tələb və tövsiyələrinə uyğun olaraq gerçəkləşib. 

Photogallery

FB IMG 1616062687416 FB IMG 1616062684567 FB IMG 1616062678003 FB IMG 1616062690071 FB IMG 1616062684567 FB IMG 1616062678003 FB IMG 1616062690071