Bazar günü 18 Aprel 2021

Mədəniyyət

'Gəncə Vətən Müharibəsində' kitabının ilkin versiyasının təqdimatı keçirilib

Sənubər Qocayeva - 02/04/2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarə rəisi Həmid Nəsirov, "Gəncə Vətən Müharibəsində" kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.

Baş İdarənin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə əzm göstərməsi və Gəncənin vətənpərvər idmançı oğullarından söz açmış, bu müharibədə qələbənin əsas memarı cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını qeyd edib.
 
"Gəncə Vətən Müharibəsində" kitabının müəllifi Ruhulla Zahidov çıxış edərək göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
 
Qeyd edək ki, bu kitabda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qazi idmançıları ziyarət etmələri barədə məlumatlar da yer alıb.
 
Eyni zamanda tədbirin sonunda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo üzrə məşqçi müəllimi Cavad Nəhmədov Vətən müharibəsində göstərdiyi yüksək vətənpərvərliyinə görə Baş İdarə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib. 

Photogallery

167813498 3658371834211676 6975784231598205116 N 167919610 3658372334211626 2804502353606479469 N 168255300 3658371687545024 855286203366157336 N 167987484 3658370694211790 7571547211849515340 N 168495768 3658374584211401 7832646342694246998 N 167791158 3658369284211931 4201251921385572792 N 168586802 3658371384211721 1247886494134428575 N

Cəmiyyət