Bazar günü 18 Aprel 2021

Cəmiyyət

Gəncədə Vətən müharibəsi qaziləri ziyarət olunub

Sənubər Göyüşqızı - 07/04/2021

Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Gəncə şəhərində yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.

Azərbaycan Gənclər Fondundan bildiriblər ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir.

Təşkilatın idarə heyətinin üzvlərinin və könüllülərin iştirakı ilə keçirilən görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.

Adıçəkilən proqramla yanaşı, təşkilat tərəfindən davamlı olaraq gənc qazilərin fərdi inkişafı, cəmiyyətə adaptasiyası, sosial-psixoloji reabilitasiyası istiqamətində layihələrin icrası planlaşdırılır.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya info@boyukqayidish.az elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

“Böyük Qayğı” proqramı “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunur.

Photogallery

16177036302571427306 1000x669 1617703630189339871 1000x669 16177036305804930732 1000x669

Cəmiyyət