Bazar günü 19 Sentyabr 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Qarabağ Dirçəliş Fondu ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq

GanjaNews - 13/04/2021

Ümummilli lider Heydər Əliyevin banisi olduğu və milli dövlətçilik ənənələrimizə əsaslanan siyasətin müdrik davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev daim əzəli torpağımız olan Qarabağın tarixi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərmişdir. Məhz ölkə rəhbərinin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir ki, 44 günlük vətən müharibəsində haqq işimiz zəfər çaldı.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır və Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini işğaldan azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir.

Bu fondun yaradılması otuz ilə yaxın bir müddət ərzində qəsbkarlar tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır.

Yalnız ölkəmizdə deyil, xaricdə yaşayan həmvətənlərimizin bu fonda vəsaitlər köçürmələri yalnız maddiyyatla bağlı deyil, eyni zamanda, milli-mənəvi birliyimizin, həmrəyliyimizin göstəricisidir.

Qarabağ Dirçəliş Fondu vaistəsilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Təsadüfi deyildir ki, Gəncə şəhərinin qədirbilən sakinləri sosial vəziyyətindən, mövqeyindən və vəzifəsindən asılı olmayaraq, böyük fəxarətlə bu fonda vəsaitlər köçürməkdə davam edirlər.

Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaqdır.

Photogallery

Garabag Dircelish Fondu876