Bazar günü 19 Sentyabr 2021

Mədəniyyət

Gəncədə 'Vətənin şöhrətini ucaldan igidlər' mövzusunda onlayn tədbir keçirilib

Sənubər Göyüşqızı - 05/05/2021

Tədbir Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatşılığın ilə baş tutub. 9 May Qələbə gününə həsr olunan “Vətənin şöhrətini ucaldan igidlər” mövzusunda onlayn tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov çıxış edib.

O bildirib ki, bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir.
 
Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyinin direktoru Eldəniz Babayev ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədov haqqında danışıb O qeyd edib ki, əslən Şəmkir rayonunun Qapanlı kəndindən olan qəhrəmanın ailəsi  1919-cu ildə  Gəncəyə köçüb. Elə həmin ili İsrafil Məmmədov da burada dünyaya göz açıb. Hazırda onun Gəncə şəhərində və Qapanlı kəndində abidəsi ucalır. Onun ölməz xatirəsi bütün qədirbilən Azərbaycan xalqının qəlbində yaşayır.
 
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Könül Süleymanova çıxış edərək qeyd ediblər ki, Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.
 
Fransa Müqavimət Hərakatının azərbaycanlı qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu, onun ev muzeyinin yaradıcısı və direktoru Cavanşir Cəbrayılov atasının döyüş yolu haqqında danışıb və muzeyin eksponatları ilə iştirakçıları tanış edib.
 
Sonda Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyinin direktoru Eldəniz Babayev İsrafil Məmmədovun 100 illiyi ilə əlaqədar nəşr olunmuş kitabını Gəncə şəhər Heydər Əliyev Mərkəzinə hədiyyə edib.