Bazar günü 19 Sentyabr 2021

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrı Beynəlxalq festivalda Fəxri Fərmanla təltif olunub

Sənubər Qocayeva - 06/05/2021

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı"nda Fəxri Fərmanla təltif olunub.

Bu barədə teatrın feysbuk səhifəsində məlumat verilib. Festivalda Azərbaycan teatrını iki dövlət teatrı təmsil edib, bunlardan biri də  Gəncə Dövlət Dram Teatrı  olub. Teatr “Xəmsə” ədəbi-bədii kompazisiyası ilə festivala qatılaraq Fəxri Fərmanla mükafatlandırılıb.

Qeyd edək ki, layihənin rəhbəri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovdur. 

Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart - 25 aprel tarixlərində “Uluslarası Kısa Performanslar Festivalı” keçirilib. Festivalda 12 ölkə və 15 şəhər teatrlarının tamaşaları nümayiş etdirilib. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın YouTube və Facebook hesabları üzərindən yayımlanıb.



Photogallery

182973221 1863615053799723 7790801772415292685 N Unnamed 182973221 1863615053799723 7790801772415292685 N