Bazar günü 19 Sentyabr 2021

Mədəniyyət

Xalq artisti Arif Quliyev vəfat edib

Sənubər Qocayeva - 07/05/2021

Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə bildiriblər.

Xatırladaq ki, Xalq artisti bir müddət idi ki koronavirus səbəbindən xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.