Sənubər Qocayeva -
19/01/2021
19 yanvar 2021-ci il tarixində "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Gənclər Evinin əməkdaşları və şəhərin tələbə gənclər təşkilatlarının nümayəndələri Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sənubər Qocayeva -
19/01/2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Baş İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, gənc futbolçu, Vətən müharibəsi iştirakçısı Qəhrəmanov Sərxan Mahmud oğlunu ziyarət ediblər.
Sənubər Göyüşqızı -
18/01/2021
Onlayn şahmat turniri Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, "Təhsil" Respublika İdman Mərkəzinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatşılığı reallaşıb. 33-ü qız olmaqla 169 şahmatçının iştirak etdiyi xatirə yarışı isveçrə sistemi ilə 7 turdan ibarət olub. Hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə vaxt verilib.
Sənubər Göyüşqızı -
04/01/2021
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət yekun matçında da ermənistanlı Levon Aronyanla mübarizə aparıb.
Sənubər Qocayeva -
18/11/2020
Erməni terroru nəticəsində Gəncəyə atılan raketlərin təsirindən zərər görən şəhər stadionunda dəyən ziyanın aradan qaldırılmasına başlanılıb. Hadisə zamanı "Kəpəz" futbol komandasının ev oyunlarını keçirdiyi arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb və şüşələr qırılıb.
Gülnar Fazilqızı -
10/11/2020
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə "9 noyabr - Dövlət Bayraq Günü" münasibətilə yürüş təşkil edilib. Gənclərin iştirakı ilə baş tutan yürüş həmçinin Azərbaycan Ordusuna dəstək məqsədi daşıyıb. Yürüşə qatılan gənclər Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə müəyyən edilən marşrutla həm piyada, həm də velosipedlə hərəkət edib, Azərbaycan Ordusuna öz dəstəklərini nümayiş etdiriblər. Yürüşə 25-dən artıq gənc qatılıb.
Sənubər Qocayeva -
24/09/2020
İdman sahəsində yüksək nailiyyətlər əldə etmiş veteran idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təltif olunublar.
Gülnar Fazilqızı -
18/09/2020
Gəncədə "Könüllülər Kuboku"nun proqramına daxil olan növbəti idman layihəsi basketbol (3x3) oyunu yekunlaşıb.
Sənubər Göyüşqızı -
10/09/2020
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvləri arasında karantin qaydaları nəzərə alınmaqla peyntbol yarışı keçirilib.
Gülnar Fazilqızı -
08/09/2020
Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri " İctimai Birliyi tərəfindən, həmçinin Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Könüllülər Kuboku" adlı şahmat oyunu reallaşıb. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov oyundan əvvəl çıxış edərək bildirib ki, Gəncədə bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Göstərilən dövlət qayğısı şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açdığın söyləyən idarə rəisi iştirakçılara uğurlar arzu edib.