Şənbə 20 Aprel 2019

Rəfiqə Sadıqovanın yaradıcılıq gecəsi keçiriləcək

Sənubər Qocayeva - 19/04/2019
8cdb8a8c865c8556f910f46c29896be5

Bu gün saat-15:00-da Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-publisist, istedadlı jurnalist, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə xanım Sadıqovanın “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçiriləcək.

Xalq yazıçısı Elmira Axundovanın ulu öndər Heydər Əliyev haqqında üçcildliyinin Ankarada təqdimatı olub

Sənubər Qocayeva - 17/04/2019
15554340975012431024 1000x669

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirilib.

AzTv-nin Bədii Şurasının üzvləri Gəncədə olublar

Gülnar Fazilqızı - 16/04/2019
+DSC 0001

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılan Bədii Şurasının üzvləri Gəncəyə səfər ediblər. Məqsəd tamaşaçıların rəylərini yerində öyrənmək, onların irad və təkliflərini dinləməkdir.

Gəncədə “Germanaijan” adlı sərgi keçirilib

Sənubər Qocayeva - 16/04/2019
+XB  1476

Gəncə şəhərində fəaliyyət göstərən “Urban” Mərkəzində Azərbaycanda alman irsinin izlərinə və memarlığına həsr edilən “Germanaijan” sərgisi keçirilib. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab və şəhər ictimaiyyəti iştirak edib.

Gəncə Dövlət Dram Teatrı daha bir uğura imza atıb - Müsahibə

Sənubər Qocayeva - 11/04/2019
56696973 1173499299484495 4883306604994232320 N

Teatr incəsənətin məbədidir. Bu məbədə girənlər bir anlıq özlərini gələcəyin və keçmişin ağuşunda hiss edirlər. Teatr - canlı sənətdir. Teatra getmək də, baxmaq da, hətta onun haqqında düşünmək də maraqlıdır. Məhz bu maraq bizi Nizami yurdunda böyük sənət yolu keçmiş Gəncə Dövlət Dram Teatrına gətirdi.

Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib

Gülnar Fazilqızı - 09/04/2019
+PS2A9848

Gəncədə Azərbaycan əhalisinin sayının 10 000 000-na çatması bayram edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev meydanında konsert proqramı təşkil olunub.

Hadisə