Şənbə 23 Yanvar 2021

'Vətən yaxşıdır' mahnısının jest dili ilə ifası nümayiş olunub

Sənubər Qocayeva - 22/01/2021
C1edca9c 5555

Yanvarın 20-si “Şəhidlər unudulmur!” mövzusunda onlayn seminar keçirilib. Görüşdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Pərvin Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev, “Azərbaycan İdmançıları” ictimai birliyinin baş katibi Fərhad Acalov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə, Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova, Jest dili üzrə təlimçi Nuranə Abıyeva, “Yeni Gəncə” qəzetinin baş redaktoru Hicran Məmmədova və könüllülər iştirak ediblər .

Rəfiqə Sadıqova: 'TALEYİMİZİN ƏN BÖYÜK ƏRMƏĞANI: Torpaq həsrəti bitdi'

Sənubər Göyüşqızı - 19/01/2021
32313695 113118586230492 8368990809889964032 N

Son 30 ildə ilk dəfə idi ki, «Qarabağ şikəstəsi»ni göz yaşları ilə deyil, sevinclə, böyük şövqlə dinləyirdim. Həm də fərqinə varmadan əlimin arxası ilə üzüaşağı axan göz yaşlarımı silirdim. Məncə bu hamının ifadə etdiyi kimi təkcə sevinc göz yaşları deyildi. Ürəyimizə yığılıb qalan sevincimizə, uşaqlıq xatirələrimizə, yeniyetməliyimizə, ömrün ahıl vaxtında bir qarış Vətən torpağına tapşırılma istəyinə qənim kəsilmiş nisgilin, həsrətin özünəməxsus üsyanı idi. Yaşa dönüb həsrətin üstünə axırdı ki, onu yox eləsin, silsin.

Naqif Həmzəyev: 'Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi'

Sənubər Göyüşqızı - 19/01/2021
Nocomment 156005c5baf40ff51a327f1c34f2975b 1si7rjbycneklxfm423a

Azərbaycanlılara qarşı çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə yeksan ediblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun haqq savaşında qazandığı möhtəşəm qələbə həm də Ermənistanın işğalçılıq, vandalizm siyasətini təsdiqlədi, ermənilərin əsl simasını dünyaya nümayiş etdirdi.

Millət vəkili Pərvin Kərimzadənin şəhid ailələri və qazilərlə görüşləri davam edir

Sənubər Qocayeva - 19/01/2021
F5327c08 P5

Milli Məclisin deputatı Pərvin Kərimzadə mütəmadi olaraq Gəncə şəhərindən II Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrini, qazilərimizi ziyarət edir, onların problemləri ilə yaxından tanış olur. Hər görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından, igid, mərd əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılıb.

Pərvin Kərimzadə: 'Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir'

Sənubər Göyüşqızı - 18/01/2021
16106968344357251863 1000x669

2020-ci il noyabrın 8-də ölkə Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərdəndir. 44 günlük Vətən müharibəsinin Qələbə müjdəsi xalqımızın qəlbində qaysaq bağlayan Qarabağ yarasına məlhəm oldu, sevincimizə sevinc qatdı.

Lamiyə İsazadə: 'Qarabağa böyük və möhtəşəm qayıdışımız'

Surxay Məmmədzadə - 18/01/2021
015

Azərbaycan dövlət başçısının 39 il sonra elə eyni tarixdə 14 yanvar tarixində Şuşaya səfərini tarixi səfər, tarixi Zəfər adlandırmaq olar. Uzun illər sürən işğala son qoyan, tarixi ədaləti bərpa edən Ali Baş Komandanımızın Şuşa səfəri xalqımızı yenidən o torpaqlara qayıtmağa ruhlandırdı. Dövlət başçımızın ailəsi ilə birlikdə gecəni Şuşada qalmağı xalqımıza və dünyaya bir mesaj idi ki, işğaldan azad olunan torpaqlarımızda sabitlik, hərbi sahədə təhlükəsizlik etibarlı şəkildə tam təmin olunubdur.

Qazaxıstanda Qarabağ haqqında kitabların təqdimatı keçirilib

Sənubər Qocayeva - 15/01/2021
36fe0f30 Trend Arzu Nagiyev 140121 2

Qazaxıstanın paytaxtı Nur-Sultanda türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə dair üç yeni nəşrin təqdimatı keçirilib. Beynəlxalq Türk Akademiyasının çap etdiyi “Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-footoalbomu, “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” kitabı və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” ensiklopedik nəşri vasitəsilə qazaxıstanlı oxuyucular ölkəmizin qədim və müasir tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə geniş məlumatlar əldə edə biləcəklər.

Prezident İlham Əliyev: 'Gəncədə erməni hücumuna məruz qalan yerlər xatirə komplekslərinə çevrilməlidir'

Sənubər Göyüşqızı - 08/01/2021
296aaeb4 7e3b 3cee A054 Dfc622ba0898 850

"Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir".

Millət vəkili Naqif Həmzəyev Vətən müharibəsi qazisi ilə görüşüb

Surxay Məmmədzadə - 08/01/2021
346f80aa Qq

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Azərbaycanın şanlı tarixinə çevrilən Vətən müharibəsi qazilərindən olan Sadiq Babayevi ziyarət edib. Könüllü olaraq Vətənin müdafiəsinə yollanan Sadiq Babayev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.

Hadisə