Şənbə 28 Noyabr 2020

Gəncəli alim ümumdünya konfransında erməni terrorunu ifşa edən məruzə ilə çıxış edəcəkdir

Sənubər Qocayeva - 28/11/2020
Azedu.az 62307314 888326608179715 4402876820303642624 N 892

2021-ci ilin 3-4 yanvar tarixlərində Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində “Şəhərləşmə mədəniyyətinin tarixi” mövzusunda dünya alimlərinin Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir. Dünyanın 80-dən artıq ölkəsini təmsil edən 600-ə qədər alim və tədqiqatçının iştirak edəcəyi mötəbər elmi tədbirdə ölkəmiz də təmsil olunacaqdır.

Naqif Həmzəyev: 'Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir'

Sənubər Qocayeva - 27/11/2020
Naqif Hamzayev

Son hadisələr Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulmasını labüd edib Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul olunması beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır.

Pərvin Kərimzadə: 'Fransa Senatının absurd qətnaməsi beynəlxalq hüququ heçə saymağın əyani sübutudur'

Sənubər Göyüşqızı - 27/11/2020
Pərvin Kərimzadə

Azərbaycan əzəli-əbədi torpaqlarını erməni işğalından azad etdiyi bir vaxtda, Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul olunması təəssüf ediləcək məqamlardandır.

Azərbaycanın tarazlı və müstəqil siyasəti

Surxay Məmmədzadə - 27/11/2020
125076504 424259048585697 5121578813967250412 N

Bu gün Azərbaycan dövləti inkişaf etməkdə olan ölkələr arasında özünün hərtərəfli, dinamik, müstəqil mövqeyi ilə seçilir. Dünyada müstəqil siyasət yürüdən, beynəlxalq arenada çox böyük nüfuz qazanan dövlətimiz 44 günlük Vətən müharibəsində də öz hərbi, siyasi, iqtisadi gücünü dünyaya sübut etdi. Beynəlxalq münasibətlər sisteminə hər zaman öz mövqeyi ilə seçilən Azərbaycan bu gün uğurlu xarici siyasəti ilə dünyanı heyrətə gətirib. Kiçik dövlətin böyük, uğurlu, müstəqil siyasəti dünya ölkələrinə nümunə oldu.

Pərvin Kərimzadə: 'Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır '

Sənubər Qocayeva - 26/11/2020
Pərvin Kərimzadə

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü Qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, güclü erməni ordusu” mifini darmadağın etdi. Qısa müddət ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi.

Bu gün Kəlbəcər işğaldan azad olundu

Sənubər Qocayeva - 25/11/2020
24c0356d 2f44 3943 Aa87 F04aec408b8d 850

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün - noyabrın 25-də isə rayon işğaldan azad olundu.

Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

Gülnar Fazilqızı - 25/11/2020
24f9846a 1be9 3e6b 9f4c A26ab68ebab6 850

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Ən çox oxunan