Şənbə 25 Yanvar 2020

Bəzi KİV-lərdə yayımlanan video ilə bağlı Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi açıqlama verib

GanjaNews - 24/01/2020
84238260 222097865466760 4162721052478144512 N

Son günlər sosial şəbəkələrdə yenidən yayımlanan video və şəkillərlə bağlı Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi açıqlama verib. Bildirilib ki, 2019-cu ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanan həmin görüntülərlə bağlı xüsusi komissiya yarıdılıb və araşdırmalar aparılıb.

Gəncədə Qarabağ əlilləri və şəhid ailələrini narahat edən məsələlər öz həllini tapır

Gülnar Fazilqızı - 22/01/2020
+G72A9618

Ölkəmizdə şəhid ailələri, müharibədə fiziki sağlamlığını itirən şəxslər və ailə üzvləri xüsusi qayğı ilə əhətə olunublar. Onların sosial problemlərinin həlli, həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Ölkənin hər yerində olduğu kimi, Gəncədə də bu istiqamətdə müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinində Qarabağ əlilləri və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan məsələlər yerinə araşdırılaraq həll edilir.

Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildi

Sənubər Qocayeva - 16/01/2020
G72A9443

Tomuyev Səməd İsaq oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Səməd Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçsısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində çalışıb.

Gəncədə Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Sənubər Qocayeva - 30/12/2019
IMG 9245

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə MKTİB ilin yekunları ilə bağlı hesabat verib

Sənubər Qocayeva - 27/12/2019
IMG 9182

Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin qaraj rəisi Ruflan Musayev ilin yekunu ilə bağlı media nümayəndələrinə açıqlama verib. KİV nümayəndələri ilə görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin qaraj rəisi Ruflan Musayev, rəis müavinləri Elşad Əsgərov, İlqar Əsədov, şöbə rəisləri Cəmşid İsmayılov, Rəşid Kərimov, MKTİB-nin mətbuat xidməti və başqaları iştirak edib.

Hadisə